Əsas məzmuna keç
17 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək? – AÇIQLAMA

YENİGÜN.MEDİAREKLAM728 × 90

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Sərəncamı ilə ayrılacaq 258 milyon manat vəsait bir sıra mühüm sosial və iqtisadi layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Yenigun.media xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.

Vüqar Bayramov qeyd edib ki, vəsait hesabına Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 156 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edən 420 kilometr uzunluğunda yolların əsaslı təmiri nəzərdə tutulur.

Bundan başqa, Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının, 640 nəfərlik 5 yeni uşaq bağçasının tikilməsi, həmçinin 161 yaşayış binası və istilik qazanxanalarının əsaslı təmiri planlaşdırılır.

Deputat vurğulayıb ki, ayrılacaq vəsait Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, infrastrukturun yenilənməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

Vüqar Bayramovun sözlərinə görə, institusional və kadr islahatlarının genişləndirildiyi Naxçıvanda maliyyə dəstəyinin artırılması bölgənin inkişafını daha da sürətləndirəcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90