Əsas məzmuna keç
21 Avqust 2026, Cümə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

6 saylı Uşaq Xəstəxanasında antisanitariya – FOTOLAR

YENİGÜN.MEDİAREKLAM728 × 90

6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yenigun.Media xəbər verir ki, jurnalist Ramilə Qurbanlı paylaşdığı görüntülərlə tibb müəssisəsindəki sanitar vəziyyətə diqqət çəkib.

Jurnalist paylaşımında xəstəxananın belə şəraitinin uşaqların sağlamlığı baxımından narahatlıq doğurduğunu bildirib və aidiyyəti qurumlara sual ünvanlayıb.

Görüntülərdə sanitar qovşağın təmizliyi və ümumi vəziyyəti ilə bağlı diqqətçəkən məqamlar yer alıb. Paylaşım müəllifi iddia edir ki, oxşar vəziyyət xəstəxananın bəzi otaq və dəhlizlərində də müşahidə olunur.

Məsələ ilə bağlı 6 saylı Uşaq Kliniki Xəstəxanasının və TƏBİB-in mövqeyi hələlik məlum deyil.

Qeyd olunan iddialarla bağlı aidiyyəti qurumların açıqlaması ictimaiyyət üçün maraq doğurur.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600