Əsas məzmuna keç
20 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Türkiyədə sel qurbanlarının sayı artdı

Türkiyənin İstanbul və Kocaeli vilayətlərində baş verən sel nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. İtkin düşən bir nəfərin axtarışları davam edir.

Yenigun.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül məlumat verib.

Onun sözlərinə görə, İstanbulda 6, Kocaelidə isə 2 nəfər həyatını itirib.

Güclü yağışların səbəb olduğu sel yaşayış məntəqələrində və yollarda ciddi problemlər yaradıb. Xilasedicilər itkin düşən şəxsin tapılması üçün axtarışlarını davam etdirirlər.