Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bu ölkədə tələbələr etiraza qalxdı

İndoneziyada tələbələrin etirazları başlayıb. 

Yenigun.Media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, etirazçıların qəzəbi ölkəni bürüyən meşə yanğınları və qiymətlərin artmasından qaynaqlanır. Nümayişlər paytaxt Cakarta da daxil olmaqla, ölkənin bir neçə şəhərində keçirilib.

Etirazçılar hakimiyyət orqanlarından ekoloji məsələlərə daha ciddi yanaşmağı və sosial çətinliklərin həllini tələb ediblər.

Qeyd edək ki, son günlərdə Fransa, İtaliya, Albaniya və Belçikasa  kəskin qiymət artımı və  digər sosial məsələlərdən qaynaqlanan etiraz aksiyaları keçirilib.