Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Rea Residence”in tikintisində təhlükəli mənzərə – VİDEO

Bakı şəhəri, Yeni Günəşli ərazisində yerləşən “Rea Residence” yaşayış kompleksinin tikintisində lentə alınan görüntülər diqqət çəkib.

Patrul.az-a təqdim olunan videogörüntü kran sürücüsünün açdığı canlı yayım zamanı qeydə alınıb. Görüntülərdə bir nəfərin tikilməkdə olan binanın yuxarı mərtəbəsində, böyük hündürlükdə o yana-bu yana gəzdiyi görünür.
Diqqət çəkən məqam isə həmin şəxsin başında qoruyucu dəbilqənin, hündürlükdən yıxılma riskinə qarşı istifadə olunan təhlükəsizlik kəmərinin və sığortalayıcı sistemin olmamasıdır.

Heç bir ehtiyatsızlığın bağışlanmadığı belə bir ərazidə bu cür hərəkət etmək həyati təhlükə yaradır. Bir anlıq diqqətsizlik faciə ilə nəticələnə bilər.

Burada tikinti sahəsində çalışan şəxslərin təhlükəsizliyi üçün zəruri tədbirlərin görülüb-görülmədiyi sual doğurur.