Bakıda “Ab-hava” restoranında mübahisə nəticəsində qətlə yetirilən Ceyhun Mirağayev (“Ceyhun Sabunçu” kimi tanınan) barəsində yeni xəbərlər yayılıb.
Yenigun.Media sosial mediada onu tanıyanlardan birinin yazdığına istinad edərək bildirir ki, mərhum körpə yaşlarından valideynlərini itirib və atasız-anasız böyüyüb. Qeyd olunur ki, onun öldürülməsi ilə övladları erkən yaşda atasını itirmiş oldu.
Xatırladaq ki, hadisə zamanı onun yanında olan dostlarından biri deputat Arzuxan Əlizadənin oğlu imiş. DTX keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

