Əsas məzmuna keç
26 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96

Dövlət Agentliyində struktur dəyişikliyi və yeni təyinatlar oldu (SİYAHI)

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində struktur dəyişikliyi, yeni kadr təyinatları və dəyişiklikləri baş tutub.

Yenigun.Media Yurd.Media-ya istinadən xəbər verir ki, kadr təyinatları və dəyişiklikləri ilə bağlı Agentliyin sədri Elnur Bağırov müvafiq əmrlər imzalayıb.

Belə ki, Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov vəzifəsindən azad edilib. Həmin şöbənin müdir vəzifəsinin müvəqqəti icrası Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyevə həvalə olunub.

Bundan əlavə, Agentlikdə struktur dəyişikliyi də aparılıb

Belə ki, Dövlət satınalmalarına nəzarət şöbəsi ləğv edilib, onun yerində Müsabiqə əsaslı satınalmalara nəzarət şöbəsi yaradılıb.

Qanunvericiliyin tətbiqinə nəzarət üzrə sektor müdiri Nicat Xəlilov vəzifəsindən azad edilib. O, yeni yaradılan Müsabiqə əsaslı satınalmalara nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Dövlət satınalmalarının təhlili şöbəsi ləğv edilib, onun yerində Dövlət satınalmalarının araşdırılması və rəqəmsal idarəetmə şöbəsi yaradılıb. Şöbə müdirinin vəzifəsinin icrası əvvəllər baş məsləhətçi vəzifəsində çalışan Rauf Əzizova həvalə olunub.

Ləğv edilmiş Dövlət satınalmalarının təhlili şöbəsinə isə əvvəllər Aparat rəhbərinin müavini Orxan Məmmədov rəhbərlik edib.

Ləğv edilmiş Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmış Zəminə Əliyeva isə yeni yaradılmış Satınalma metodlarının tətbiqinə nəzarət şöbəsinin müdiri təyin edilib.

Beləliklə, Dövlət satınalmalarına nəzarət şöbəsinin və Dövlət satınalmalarının təhlili şöbəsinin əsasında Müsabiqə əsaslı satınalmalara nəzarət şöbəsi, Dövlət satınalmalarının araşdırılması və rəqəmsal idarəetmə şöbəsi və Satınalma metodlarının tətbiqinə nəzarət şöbəsi yaradılıb.

Bundan əlavə, Hüquq şöbəsinin müdiri Vaqif Ataşov vəzifəsindən azad edilərək yeni yaradılan İnzibati şikayətlər və məhkəmələrlə iş şöbəsinin müdiri təyin olunub.

Hüquq şöbəsinin müdiri vəzifəsinə isə Aytən Mirzəzadə təyinat alıb.

İnformasiya texnologiyaları və elektron idarəetmə sektorunun müdiri Adil Məhərrəmov vəzifəsindən azad edilib. Onun yerinə Dadaş Cəfərov təyin olunub.

Kadr islahatları Agentliyin regional bölmələrini də əhatə edib

Agentliyin 12 saylı regional bölməsinin müdiri Təbriz Axundov vəzifəsindən azad edilib. Onun yerinə əvvəllər 14 saylı regional bölməsinə müdiri vəzifəsində çalışmış Elvin İsmayılov təyinat alıb.

Bununla yanaşı 15 saylı regional bölmənin müdiri vəzifəsinin müvəqqəti icrası Seymur Cəfərova həvalə olunub.