Azərbaycanın dövlət zəmanətli borcunun həcmi cari ilin əvvəlindən etibarən əhəmiyyətli dərəcədə azalıb.
Yenigun.Media xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə dövlət zəmanətli borcun həcmi 7 milyard 886 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 24 faiz azdır.
Borc portfelinin 61,6 faizi xarici kreditlərin, 38,4 faizi isə daxili kreditlərin payına düşüb.
Azalmanın əsas səbəbi “Cənub Qaz Dəhlizi” QSC-nin dövlət zəmanəti ilə cəlb etdiyi 2 milyard ABŞ dolları məbləğində istiqrazları geri qaytarmas

