Əsas məzmuna keç
28 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

SON DƏQİQƏ: 225 saylı məktəbdə qalmaqal: Jurnalistlərə hücum edildi – VİDEO

Space TV-nin əməkdaşı Rəşad Vəkiloğlu jurnalistlərin fiziki zorakılığa məruz qaldığını açıqlayıb.

Yenigun.Media xəbər verir ki, Bakıda yerləşən 225 saylı məktəbdə baş verən intihar hadisəsini işıqlandırmaq üçün hadisə yerinə yollanan jurnalistlər fiziki zorakılıqla üzləşdiklərini bildiriblər.

Space TV-nin əməkdaşı Rəşad Vəkiloğlu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, hadisə barədə məlumat hazırlamaq məqsədilə operativ şəkildə məktəbə yollanıblar. Lakin peşə fəaliyyətlərini yerinə yetirərkən çəkiliş qrupu gözlənilmədən fiziki zorakılığa məruz qalıb.

Rəşad Vəkiloğlu hüquq-mühafizə orqanlarının hadisəni obyektiv və hərtərəfli araşdıracağına, zorakılıqda iştirak edən şəxslərin müəyyənləşdirilərək qanun qarşısında cavab vermələrinin təmin olunacağına ümid etdiyini qeyd edib.

Space TV-nin əməkdaşı, həmçinin hadisə zamanı təkcə bu telekanalın deyil, digər telekanalların əməkdaşlarının da fiziki zorakılıqla üzləşdiyini vurğulayıb.

Hadisə anına aid görüntüləri təqdim edirik.

Yenigun.Media