Prezident İlham Əliyevin oğlu Heydər Əliyev və xanımı Alyona Əliyeva Zəfər abidəsini ziyarət edib.
Yenigun.Media xəbər verir ki, bu barədə Alyona Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
“8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirik! Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik”, – paylaşımda bildirilib.






