Noyabrın 17-də Bakıda, Abşeron yarımadasında və Azərbaycanın bir sıra rayonlarında güclü külək gözlənilir.
Yenigun.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
Proqnoza əsasən, Bakıda və Abşeron yarımadasında, eləcə də Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Quba və Qusar rayonlarında cənub-qərb küləyi əsəcək.
Küləyin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.
Sarı xəbərdarlıq mülayim təhlükəli meteoroloji şəraiti ifadə edir.
Qeyd edək ki, güclü külək zamanı sürücülərə yollarda diqqətli olmaq, piyadalara isə ağacların, reklam lövhələrinin və digər təhlükəli konstruksiyaların yaxınlığında dayanmamaq tövsiyə olunur.

