Azərbaycanda kərə və duru yağların qiyməti artıb.
Yenigun.Media-nın Oxu.Az-a istinadən məlumatına görə, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur.
Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir.
Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər.

