İndoneziyada tələbələrin etirazları başlayıb.
Yenigun.Media bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, etirazçıların qəzəbi ölkəni bürüyən meşə yanğınları və qiymətlərin artmasından qaynaqlanır. Nümayişlər paytaxt Cakarta da daxil olmaqla, ölkənin bir neçə şəhərində keçirilib.
Etirazçılar hakimiyyət orqanlarından ekoloji məsələlərə daha ciddi yanaşmağı və sosial çətinliklərin həllini tələb ediblər.
Qeyd edək ki, son günlərdə Fransa, İtaliya, Albaniya və Belçikasa kəskin qiymət artımı və digər sosial məsələlərdən qaynaqlanan etiraz aksiyaları keçirilib.

