Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Həsən Zeynalov “Turan Tovuz”u alması iddiasına CAVAB VERDİ – VİDEO

“Turan Tovuz” futbol klubunun Həsən Zeynalov tərəfindən satın alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

Yenigun.Media-nın əməkdaşının sualını cavablandıran “Turan Tovuz” voleybol klubunun rəhbəri, futbol klubunun İdarə Heyəti sədrinin birinci müavini Həsən Zeynalov bu iddiaları təkzib edib.

O, klubun satın alınması ilə bağlı xəbərlərin şayiədən ibarət olduğunu bildirib və hazırkı vəzifəsinə Ehtiram Quliyev tərəfindən təyin olunduğunu vurğulayıb.

Həsən Zeynalov bu məsələyə Tovuzda “Turan” voleybol klubu ilə Bolqarıstanın “Maritsa Plovdiv” komandası arasında keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında aydınlıq gətirib.

“Mən işə götürülmüşəm, işəgötürən deyiləm”, – deyə o qeyd edib.

Yenigun.Media