Əsas məzmuna keç
17 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs qeyri-adi uçuş aparatı ilə saxlanıldı

Azərbaycan-İran dövlət sərhədində narkotik vasitələrin qanunsuz keçirilməsinin qarşısı alınıb.

Yenigun.Media xəbər verir ki, hadisə Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb. İrandan Azərbaycana daxil olmağa çalışan motorlu paraqlayder sərhədçilər tərəfindən aşkarlanaraq zərərsizləşdirilib.

Aparata baxış zamanı ümumilikdə 21 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 19 kiloqram 270 qram marixuana, 1 kiloqram 940 qram tiryək və 4 min ədəd metadon həbi aşkar edilib.

Paraqlayderi idarə edən İran vətəndaşı saxlanılıb.