Əsas məzmuna keç
20 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Kolumbiyada qızıl mədəni çökdü: ölənlər və yaralananlar var

Kolumbiyanın cənub-qərb bölgəsində qanunsuz fəaliyyət göstərən qızıl mədəni çöküb.

Yenigun.Media xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Nariqno departamentində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində azı 14 nəfər həyatını itirib, daha 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bölgənin qubernatoru Luis Alfonso Eskobarın sözlərinə görə, ərazidə həyata keçirilən axtarış-xilasetmə əməliyyatları artıq yekunlaşıb.