Azərbaycan Mərkəzi Bankının Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürdüyü vəsaitin həcmi açıqlanıb.
Yenigun.Media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank tərəfindən fonda 586 milyon manat vəsait köçürülüb.
Məlumata görə, bu məbləğ fondun doqquz aylıq daxilolmalarının 94,75 faizini təşkil edib.
İlin əvvəlində 164,2 milyon manat olan fondun qalığı oktyabrın 1-nə 469,3 milyon manata yüksəlib.

