Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

13 il əvvəl Şəmkirdə törədilən qətlin üstü açıldı – şübhəli şəxs saxlanıldı

Şəmkirdə 2013-cü ildə baş vermiş qətl hadisəsi ilə bağlı uzun illər sonra şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

Yenigun.Media xəbər verir ki, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən uzun müddət ərzində əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilib.

Aparılan birgə tədbirlər nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Qeyd edək ki, məlumat Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatı əsasında hazırlanıb.