Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ürəkləri dağlayan vida: 5 bacı-qardaş və 2 qohumları yan-yana dəfn edildi

Türkiyənin Diyarbəkir vilayətinin Licə rayonunda nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində 5-i bacı-qardaş olmaqla 7 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.

Yenigun.media-nın məlumatına görə, mikroavtobus Diyarbəkirdən Muşa nişan mərasiminə gedirmiş. Licə-Kulp yolunun Karahasan məhəlləsi ərazisində sürücünün idarəetməsindən çıxan avtomobil aşıb. İlkin məlumata əsasən, qəzanın mikroavtobusun təkərinin partlaması nəticəsində baş verdiyi bildirilir.

Qəzada həyatını itirən Veysi, Vedat, Feyziyə, Özcan və Naide Şaylıkay bacı-qardaşları, həmçinin onların qohumları 3 yaşlı Zeyd Şaylıkay və Nazya Demirhan dəfn mərasimindən sonra yan-yana torpağa tapşırılıb.

Diyarbəkir valisi Murat Zorluoğlu yaralıları xəstəxanada ziyarət edib. O bildirib ki, 9 yaralıdan 2-nin vəziyyəti ağırdır. Qəza ilə bağlı hüquqi araşdırmanın davam etdiyi və hadisənin səbəblərinin istintaq nəticəsində müəyyənləşdiriləcəyi açıqlanıb.

Yenigun.media