Cared Kuşner HƏMAS və İsrail arasında razılaşmanın əldə olunması üçün danışıqlar aparır.
Yenigun.Media-nın məlumatına görə, ABŞ prezidentinin müşaviri Cared Kuşner Qəzzada atəşkəs planını irəli aparmaq məqsədilə HƏMAS nümayəndələri ilə görüşüb.
Kuşnerin Misirdə HƏMAS liderlərindən Xəlil əl-Həyyə ilə görüşü diqqət çəkib. Tərəflər arasında müzakirə olunan ABŞ planında HƏMAS-ın silahsızlaşdırılması və İsrail qüvvələrinin Qəzzadan mərhələli şəkildə çıxarılması nəzərdə tutulur.
ABŞ planına əsasən, HƏMAS-ın silahları Fələstin texnokrat hökumətinə təhvil verməsi, daha sonra isə onların beynəlxalq sabitləşdirmə qüvvələri tərəfindən məhv edilməsi təklif olunur.
Yenigun.Media

