Əsas məzmuna keç
20 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Yaxın Şərqdə gərginlik dünya maliyyə bazarlarını silkələyir

YENİGÜN.MEDİAREKLAM728 × 90

İnvestorlar inflyasiyanın və enerji qiymətlərinin yenidən yüksəlməsindən ehtiyat edir.

Yenigun.Media xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik dünya maliyyə bazarlarında riskləri artırıb. ABŞ, Yaponiya və Avropada dövlət istiqrazlarının gəlirliliyində yüksəliş müşahidə olunur.

ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyinin 5,321 faizə çatması investorların inflyasiya ilə bağlı narahatlığını nümayiş etdirir. Yaponiya istiqrazlarının gəlirliliyi də təxminən 30 ilin ən yüksək səviyyəsinə yüksəlib. 

Analitiklərin əsas narahatlığı Yaxın Şərqdə hərbi qarşıdurmanın enerji təchizatına təsir göstərməsi və bunun neft qiymətlərini daha da yüksəltməsidir.

Brent neftinin qiymətinin 91 dolları keçməsi fonunda investorlar ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətinə dair gözləntilərini də yenidən nəzərdən keçirirlər.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600