Trafalqar meydanında mərhum akademikə həsr olunmuş kütləvi anım mərasimi keçirilib.
Yenigun.Media xəbər verir ki, Londonun Trafalqar meydanında Kembric Universitetinin keçmiş professoru Jason Ardayın xatirəsinə kütləvi anım mərasimi keçirilib.
The Guardian-ın məlumatına görə, tədbirdə on minlərlə insan iştirak edib. Təşkilatçıların hesablamalarına əsasən, mərasimə təxminən 30 min nəfər qatılıb.
41 yaşında vəfat edən Arday təhsil və sosiologiya sahəsində tanınmış akademiklərdən biri olub. O, Kembric Universitetində professor vəzifəsindən istefa verdikdən qısa müddət sonra Londonun cənubundakı evində ölü tapılıb. Polis ölümü gözlənilməz hesab etsə də, şübhəli hal kimi qiymətləndirməyib.
Anım mərasimində onun təhsil sahəsində fəaliyyəti və sosial bərabərlik istiqamətində gördüyü işlər xatırlanıb. İştirakçılar bir dəqiqəlik sükutla akademikin xatirəsini yad ediblər.
Yenigun.Media

