Əsas məzmuna keç
20 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Konqoda Ebola xəstələrinin sayı 5 mini keçib

YENİGÜN.MEDİAREKLAM728 × 90

Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 5 mini ötüb.

Yenigun.Media xəbər verir ki, ölkənin Səhiyyə İnstitutunun son məlumatına görə, indiyədək 5 021 yoluxma və 2 378 ölüm qeydə alınıb. Bununla da hazırkı epidemiya Konqo tarixində yoluxma sayına görə ən böyük Ebola epidemiyasına çevrilib.

Məlumata əsasən, xəstəlik mayın 15-də rəsmi olaraq elan edildikdən sonra sürətlə yayılmağa başlayıb. Səhiyyə rəsmiləri epidemiyanın qarşısının alınmasında ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.

Ebola ilə mübarizəni zəif səhiyyə infrastrukturu, əhalinin müqaviməti, bölgədəki qeyri-sabitlik və tibbi yardım əməkdaşlarının etirazları çətinləşdirir.

Hazırkı epidemiyaya Ebola virusunun Bundibugyo növünün səbəb olduğu bildirilir. Bu növə qarşı hazırda təsdiqlənmiş vaksin və müalicə vasitəsinin olmadığı qeyd olunur.

Qeyd edilir ki, yoluxma və ölüm göstəricilərinə görə Konqodakı epidemiya hazırda dünyada 2014–2016-cı illərdə Qərbi Afrikada baş vermiş Ebola epidemiyasından sonra ikinci ən ağır epidemiya hesab olunur.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600