Əsas məzmuna keç
21 Avqust 2026, Cümə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Türkiyənin əhalisi məlum oldu

YENİGÜN.MEDİAREKLAM728 × 90

Türkiyənin əhalisi 1 iyul tarixinə 86 milyon 320 min 602 nəfərə çatıb.

Yenigun.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) üç aylıq dövrlər üzrə əhali statistikasını açıqlayıb.

Məlumata görə, 2025-ci ilin sonunda Türkiyənin əhalisi 86 milyon 92 min 168 nəfər olub. Bu ilin ilk 6 ayında ölkə əhalisi 228 min 434 nəfər artıb.

1 may–1 iyul tarixləri arasında isə əhalinin sayı daha 123 min 904 nəfər yüksəlib.

İyulun 1-nə olan göstəricilərə əsasən, Türkiyədə kişilərin sayı 43 milyon 170 min 975 nəfər, qadınların sayı isə 43 milyon 149 min 627 nəfər təşkil edib.

Beləliklə, kişilər ölkə əhalisinin 50,01 faizini, qadınlar isə 49,99 faizini təşkil edib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600