Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

ABŞ İrana qarşı “tarixin ən sərt sanksiyalarını” hazırlayır

ABŞ administrasiyası İranla bağlı iqtisadi təzyiqləri daha da artırmağa hazırlaşır.

Yenigun.Media xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana qarşı “tarixin ən sərt sanksiyalarını” tətbiq etməyi planlaşdırdığını açıqlayıb.

Bessent bildirib ki, yeni iqtisadi tədbirlərin əsas məqsədi Tehranın maliyyə imkanlarını məhdudlaşdırmaq və İran hökumətinə təzyiqi artırmaqdır.

Çin isə ABŞ-ın yeni sanksiya siyasətini tənqid edərək, əlavə iqtisadi təzyiqlərin problemin həllinə kömək etməyəcəyini bildirib.

Yenigun.Media