Əsas məzmuna keç
24 Avqust 2026, Bazar ertəsi Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

FİFA rəhbərliyinə qarşı tənqidlər artır 

YENİGÜN.MEDİAREKLAM728 × 90

FİFA prezidenti Canni İnfantinonun rəhbərliyi son günlər futbol dünyasında ciddi tənqidlərə səbəb olub.

Yenigun.Media xəbər verir ki, dünya çempionu olmuş keçmiş futbolçular və FİFA əfsanələri İnfantinonun idarəçilik üslubundan narazılıqlarını ifadə ediblər. Onların fikrincə, FİFA rəhbərinin son qərarları qurumun əsas maraqlı tərəfləri və futbol ictimaiyyəti ilə münasibətlərdə problemlər yaradıb.

İnfantinoya qarşı narazılıqlar xüsusilə FİFA-nın kommersiya və idarəçilik siyasəti ilə bağlı müzakirələrin fonunda güclənib. “The Guardian” da son həftələrdə İnfantinonun FİFA daxilində mövqeyinin təzyiq altında olduğunu yazıb.

Futbol ictimaiyyətində səslənən tənqidlər FİFA rəhbərliyinin gələcək siyasətinin və qurumun idarəçilik modelinin yenidən müzakirəyə çıxarılacağı ehtimalını artırır.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600