Rusiya Prezidenti Vladimir Putin Ukraynanın dron hücumları fonunda kritik infrastruktur obyektləri ilə bağlı dövlətə əlavə səlahiyyətlər verən fərman imzalayıb.
Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına görə, yeni qərara əsasən, Ukrayna dronlarının hücumlarından lazımi səviyyədə qorunmayan və təhlükəsizlik tədbirlərini təmin edə bilməyən kritik əhəmiyyətli obyektlər müvəqqəti olaraq dövlət nəzarətinə götürülə bilər.
Fərman yanacaq, enerji, sənaye, rabitə, nəqliyyat və logistika obyektləri də daxil olmaqla ölkənin iqtisadi və təhlükəsizlik baxımından mühüm hesab etdiyi infrastruktura şamil olunur.
Qərar Rusiyada son həftələrdə neft emalı müəssisələri, anbarlar və logistika mərkəzlərinə qarşı dron hücumlarının intensivləşməsi fonunda qəbul edilib.
Moskva eyni zamanda hücumlar nəticəsində zədələnən kommersiya anbarlarının bərpası üçün xüsusi proqram hazırlayır.

