Yenigun.Media xəbər verir ki, İran Hörmüz boğazından keçid qaydalarını pozduğu bildirilən 45 neft tankerini “qara siyahı”ya salıb.
Yenigun.Media Reuters-a istinadən məlumatına görə, Tehran həmin gəmilərə qarşı cərimə və hətta saxlanılma tədbirləri tətbiq edə biləcəyini açıqlayıb. İranın bu qərarı ABŞ-ın Tehrana qarşı yeni sanksiyalar hazırladığı bir vaxtda verilib.
Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Qlobal neft tədarükünün mühüm hissəsinin keçdiyi bu marşrutda hər hansı məhdudiyyət enerji qiymətlərinə ciddi təsir göstərə bilər.
ABŞ-ın İrana qarşı yeni iqtisadi tədbirlər elan etməyə hazırlaşması fonunda Tehranla Vaşinqton arasında gərginliyin daha da artacağı ehtimal edilir.

