Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Moody’s-dən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mühüm proqnoz

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Qafqazda ticarətin genişlənməsinə səbəb ola bilər.

Yenigun.Media xəbər verir ki, beynəlxalq reytinq agentliyi Moody’s regionla bağlı yeni hesabatında Azərbaycan-Ermənistan münasibətlərinin davam edən normallaşmasını Cənubi Qafqaz üçün ən mühüm müsbət geosiyasi inkişaflardan biri kimi qiymətləndirib.

Agentliyin hesabatında qeyd olunur ki, daha davamlı razılaşma regional sabitliyi gücləndirə, nəqliyyat bağlantılarını yaxşılaşdıra və Qafqaz boyunca ticarət və nəqliyyat əlaqələri üçün yeni imkanlar yarada bilər.

Moody’s həmçinin bildirir ki, Azərbaycan tərəfindən Ermənistana yük tranzitinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasından sonra yeni marşrut üzrə daşımalar başlayıb. İlk yük Qazaxıstandan Ermənistana göndərilən taxıl olub. Daha sonra Qazaxıstan və Rusiyadan müxtəlif məhsullar Azərbaycandan keçməklə Ermənistana çatdırılıb.

Agentliyin qiymətləndirməsinə görə, Mərkəzi Asiya və Qafqaz regionunda iqtisadi dayanıqlılıq artsa da, siyasi və geosiyasi risklər hələ də kredit dayanıqlılığına təsir edən əsas amillərdən olaraq qalır.

Yenigun.Media