Azərbaycanın rəqsi, musiqisi və xalça sənəti Fransada keçirilən mədəni tədbirdə təqdim olunub.
Yenigun.Media-nın məlumatına görə, Po (Pau) Sərgi Mərkəzində keçirilən Assosiasiyalar Forumunda “BA Cultural Center” assosiasiyası Azərbaycan rəqslərini, musiqisini və xalça sənətini nümayiş etdirib. Forum yerli assosiasiyaların fəaliyyətinin tanıdılması, insanların bir araya gətirilməsi, paylaşım və mədəniyyətlərarası dialoqun təşviqi məqsədi daşıyıb.
Milli mədəniyyət nümunələrinin xaricdə nümayişi Azərbaycanın mədəni irsinin beynəlxalq auditoriyaya çatdırılması baxımından diqqət çəkib.

