“Xankəndi” Futbol Klubunda yeni təyinat həyata keçirilib.
Yenigun.Media xəbər verir ki, Günel Abbas “Xankəndi” FK-nın mətbuat katibi vəzifəsinə təyin olunub.
Məlumata görə, yeni təyinat klubun idarəetmə və kommunikasiya strukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilib.
Günel Abbas yeni vəzifəsində klubun media ilə əlaqələrinin təşkili, “Xankəndi” FK-nın fəaliyyəti barədə məlumatların ictimaiyyətə çatdırılması və kommunikasiya fəaliyyətinin həyata keçirilməsinə cavabdeh olacaq.
Qeyd edək ki, Günel Abbas hazırda Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində də fəaliyyət göstərir. O, daha əvvəl müxtəlif media qurumlarında jurnalist kimi çalışıb.

