ABŞ və Çin arasında rəqabətin mərkəzində yüksək texnologiyalar dayanır
Yenigun.Media xəbər verir ki, deputat Vüqar İskəndərov ABŞ–Çin münasibətlərində əsas mübarizənin texnologiya, sənaye zəncirləri və bazarlara çıxış uğrunda getdiyini deyib.
Onun fikrincə, nadir torpaq elementləri, elektrik avtomobilləri, batareyalar və elektronika sahələri gələcək iqtisadi rəqabətin əsas istiqamətləridir.
Deputat bildirib ki, tərəflər arasında tam iqtisadi ayrılma mümkün görünmür və qarşıdakı dövr “idarə olunan iqtisadi rəqabət” mərhələsi kimi xarakterizə oluna bilər.

