Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Türkiyə səfirliyindən Azərbaycana təbrik

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Yenigun.Media xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”, – deyə paylaşımda qeyd olunub.