Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

İmişlidə yol bağlandı: 120-dən çox işçisi olan şirkətin fəaliyyəti dayandı – VİDEO

İmişli rayonunda uzun illərdir qum-çınqıl karxanalarının və digər sahibkarlıq subyektlərinin istifadə etdiyi yolun girişinə “İmişli Dəmir-Beton ASC” tərəfindən şlaqbaum qoyulub.

Yenigun.Media-nın xəbərinə görə, sözügedən ərazidə fəaliyyət göstərən, qanuni sənədlərə malik və illərdir vergi ödəyicisi kimi fəaliyyət göstərən şirkətlər həmin yoldan mütəmadi istifadə ediblər. Yol uzun müddət ərzində karxanaların və digər müəssisələrin fəaliyyəti üçün açıq və işlək vəziyyətdə olub. Lakin bu gün həmin yolun girişinə “İmişli Dəmir-Beton ASC” tərəfindən şlaqbaum qoyularaq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yolun hansı səbəbdən və hansı qərar əsasında bağlandığı məlum deyil.
Əməkdaşlarımız sözügedən ünvanda olublar. Həmin yoldan istifadə edən 120-dən çox vergi ödəyicisi olan şirkət yolun bağlanması səbəbindən fəaliyyətini davam etdirə bilmir. Bu isə həmin müəssisələrin iş prosesində ciddi çətinliklər yaradıb. Yolun bağlanmasının hüquqi əsası, qərarın hansı qurum tərəfindən qəbul edildiyi və məhdudiyyətin nə qədər müddət davam edəcəyi ilə bağlı hazırda rəsmi açıqlama yoxdur.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına sorğular ünvanlamışıq. Qurumların cavablarını dərc edəcəyik.

Qeyd etdiyimiz kimi, əməkdaşlarımız hazırda həmin ünvandadır. Sabah həmin ərazi ilə bağlı geniş video-reportajımız təqdim olunacaq.Ekologiya.az
Aysel Muxtar