Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir və həyətə çıxmağa icazə vermir? – VİDEO

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda stasionar müalicə alan bir qrup pasiyent xəstəxananın qapılarının axşam saatlarında bağlanmasından və həyətə çıxmağa icazə verilməməsindən narazıdır.
Yenigun.Media  Xezerxeber.az-a istinadən xəbər verir ki, xəstələrin iddiasına görə, axşam yeməyinin miqdarı azaldılıb, menyuda sadəcə iki dilim qara çörək, bir tikə ət və bir ədəd kartof olub. Bundan başqa, xəstəxananın qapısının saat 18:00-dan sonra bağlandığı və xəstələrin həyətə çıxmasına icazə verilmədiyi iddia olunur.
Görüntüləri “Xəzər Xəbər”in qaynar xəttinə hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu stasionar müalicə alan pasiyentlər göndərib. Xəstəxənada olan Pasiyentlər iddiaları təsdiqlədilər.
İddialara Kardiologiya İnstitutunun elmi katibi, həkim-kardioloq Təranə Cavadova aydınlıq gətirdi.