Xəzər dənizində təlimlər zamanı Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin 9 hərbçisi həlak olub.
Yenigun.Media xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim zamanı dənizə atılan 19 hərbçidən 9-u həlak olub, 3-ü xilas edilib.
Hadisə Manqistau vilayətində hava şəraitinin qəfil pisləşməsi və küləyin güclənməsi səbəbindən baş verib.
Hadisə yerinə xilasedicilər cəlb olunub, axtarışlar davam edir.

