Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Xəzərdə hərbçilərin ölümünə görə HƏBS EDİLDİ

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbekov həbs olunub.

Yenigun.Media xəbər verir ki, o, Xəzər dənizində keçirilən təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı iş üzrə xidmətə səhlənkar münasibətə görə həbs edilib.

Xatırladaq ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hava şəraitinin qəflətən və kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçu dənizə düşüb. Onlardan 3-ü xilas edilib,14-ü həlak olub.