Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Neftçi” bu gün “Sabah”ı qəbul edir

Misli Premyer Liqasında VII tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Kəpəz” “Araz-Naxçıvan”ın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 16:00-da başlayacaq. Gəncə klubu 7 xalla 7-ci, Naxçıvan təmsilçisi 2 xalla 12-ci pillədə qərarlaşıb.

Günün ikinci duelində, turun mərkəzi oyununda “Neftçi” son ölkə çempionu “Sabah”ı qəbul edəcək. Görüşün start fiti “Palms Sports Arena”da, saat 19:30-da səslənəcək. “Ağ-qaralar” 15 xalla liderdir. Eyni xala malik “Sabah” ikinci sırasada olsa da, ehtiyatda bir oyunu var.

Misli Premyer Liqası

I dövrə, VII tur

9 oktyabr

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı şəhər stadionu

19:30. “Neftçi” – “Sabah”

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“Palms Sports Arena”

Xatırladaq ki, tura oktyabrın 11-də yekun vurulacaq.