Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Mingəçevirdə silsilə görüşlər davam etdirilir.
Yenigun.Media xəbər verir ki, YAP Mingəçevir şəhər təşkilatının 33 saylı ərazi partiya təşkilatında (“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC) görüş keçirilib.
Görüşdə VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Çıxışlarda Prezident İlham Əliyevin qurultaydakı nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin gündəlik fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, YAP Mingəçevir şəhər təşkilatında bu istiqamətdə görüşlər silsilə şəkildə davam etdirilir.


