Əsas məzmuna keç
14 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Deputatdan məktəbli forması və müəllimlərin geyimi ilə bağlı mühüm mesaj

YENİGÜN.MEDİAREKLAM728 × 90

Milli Məclisin deputatı Fatma Yıldırım məktəblərdə vahid geyim formasının tətbiqi və müəllimlərin geyim qaydaları ilə bağlı fikirlərini bölüşüb.

Deputat Yenigun.Media-ya açıqlamasında bildirib ki, məktəb yalnız bilik verilən məkan deyil, həm də uşaqların dünyagörüşünün, davranış mədəniyyətinin və vətənpərvərlik hissinin formalaşdığı mühüm sosial mühitdir.

Fatma Yıldırımın sözlərinə görə, müasir informasiya mühiti, sosial şəbəkələr və süni intellekt imkanları gənc nəslin dünyagörüşünə təsir göstərir. Bu baxımdan təhsil müəssisələrində uşaqların milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Deputat dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqini müsbət qiymətləndirdiyini qeyd edib. Bildirib ki, vahid forma məktəbdə nizam-intizamın möhkəmlənməsinə, kollektivə aidlik hissinin formalaşmasına və şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir.

O, müəllimlərin geyiminin də sadə, səliqəli və işgüzar mühitə uyğun olmasının vacibliyini vurğulayıb. Deputatın fikrincə, müəllim həm peşəkarlığı, həm də davranış mədəniyyəti ilə şagirdlərə nümunə olmalıdır.

Fatma Yıldırım məktəblərdə geyim məsələsinə qanunvericilik, dünyəvilik, milli-mənəvi dəyərlər, uşaqların hüquqları və sağlam təhsil mühiti prinsipləri əsasında yanaşılmasının vacibliyini də diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, uşaqların savadlı, vətənpərvər, milli kimliyinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlar kimi yetişməsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir.

Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600