Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Türkiyədə güclü sel: ölənlərin sayı artıb

Türkiyədə son günlər müşahidə edilən güclü yağışdan sonra yaranan sel nəticəsində həlak olanların sayı 8-ə çatıb.

Yenigun.Media bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, itkin düşmüş şəxslərin cəsədinin tapılması ilə İstanbulda sel zamanı ölənlərin sayı 6-ya, Kocaelidə isə 2-yə çatıb.

İstanbulda itkin düşən daha bir nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, son günlər Türkiyənin müxtəlif bölgələrində müşahidə edilən leysan bir sıra fəsadlara səbəb olub.