Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Bəzi yerlərdə leysan yağacaq – Xəbərdarlıq

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Yenigun.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli, intensiv leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 22-də bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.