Əsas məzmuna keç
21 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.

Yenigun.Media bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.

İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.

Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.