Əsas məzmuna keç
21 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Azərbaycanda məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə “Tiktok”a çıxış məhdudlaşdırılıb.

Yenigun.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda deyib.

Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:

“Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.