Əsas məzmuna keç
21 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Ordubada qar yağıb – FAKTİKİ HAVA

Ordubada qar yağıb.

Yengun.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava əsasən yağmursuz keçib. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb.

Düşən yağıntının miqdarı Ordubad, Lerikdə 4, Şahbuz, Gədəbəy, Qusarda 2, Göygöl, Şəmkir, Daşkəsən, Şəki, Mingəçevir, Yardımlı, Astarda 1 mm-dir.