Əsas məzmuna keç
22 Oktyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Apple” oğurlanmış bütün “iPhone” telefonlarını blokladı

Fransanın Lill şəhərindəki iğtişaşlar zamanı “Apple” mağazasından oğurlanan “iPhone” telefonları bloklanıb.

Yenigun.Media xarici KİV-lərə istinadən xəbər verir ki, sosial media istifadəçilərindən biri oğurlanmış “iPhone”un ekranının videosunu paylaşaraq “Bu cihazı Lilldəki Apple mağazasına qaytarın. Bu cihaz bloklanıb və izlənilir. Yerli hakimiyyət orqanlarına məlumat veriləcək” mesajını verib.

Bu qorunmalar həmçinin “Samsung”, “Google Pixel”, “Xiaomi” və “Honor” cihazlarına da aiddir.

Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərə etiraz etməsi ilə başladı və tədricən ölkə daxilində yayılıb. Daha sonra nümayişçilər yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz etməyə başlayıblar.

Bir sıra şəhərlərdə mitinqlər nəzarətdən çıxmağa başlayıb. Etirazçılar xaos yaratmağa, yanğınlar törətməyə və mağazaları talan etməyə başlayıblar. Polis buna göz yaşartıcı qaz və dəyənəklərlə cavab verib.