Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Yenigun.Media-nın məlumatına görə, Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu və Zülfiqarov Həsən Mehman oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat və vəsatətlər təmin edilib.
Qərara əsasən, həmin şəxslərin həbsdə saxlanılma müddəti 4 ay müəyyənləşdirilib. Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbs müddəti 23 oktyabr 2026-cı il tarixdən, Eldarov Eldar Faiq oğlunun isə 24 oktyabr 2026-cı il tarixdən hesablanır.
Təqsirləndirilən Əli-zadə Əhməd Arzuxan oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material isə hakimlərin özlərinə etiraz ərizələrinin həlli və işə baxılması üçün başqa məhkəməyə göndərilməsi məsələsinə baxılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə yönləndirilib.
Adları çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29.234.4.1 və 29.234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Qeyd edək ki, həbs qətimkan tədbirinin seçilməsi şəxslərin təqsirinin məhkəmə tərəfindən sübuta yetirilməsi demək deyil. Onların təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqlənənədək təqsirsizlik prezumpsiyası qüvvədədir.
6 nəfər barəsində həbs qətimkan tədbiri seçildi – 4 ay müddətinə həbsdə saxlanılacaqlar
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilən 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Yenigun.Media xəbər verir ki, Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu və Zülfiqarov Həsən Mehman oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimat və vəsatətlər təmin edilib.