Əsas məzmuna keç
24 Noyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Ukrayna XİN rəhbəri Orbanın BMT baş katibi vəzifəsinə namizədliyini tənqid edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiha Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə mümkün namizədliyinə münasibət bildirib.

Yenigün.Media xəbər verir ki, Sibiha sosial şəbəkədə paylaşım edərək Orbanın veto və şantaj imkanlarından istifadə etməklə Avropa İttifaqının mühüm qərarlarına mane ola biləcəyini iddia edib.

“The Wall Street Journal” qəzeti daha əvvəl ABŞ administrasiyasının Orbanı BMT-nin baş katibi vəzifəsinə uyğun namizəd hesab etdiyini yazıb.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov isə texniki baxımdan Macarıstanın keçmiş baş nazirinin bu vəzifəyə namizədliyinin irəli sürülə biləcəyini bildirib.

Yenigun.Media