Əsas məzmuna keç
28 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Azay Quliyev: “Heç kim Azərbaycana necə yaşamalı olduğunu diktə edə bilməz” – VİDEO

Milli Məclisin deputatı Azay Quliyev Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında səsləndirilən mühüm mesajlarla bağlı Real TV-yə müsahibə verib.

Yenigun.Media xəbər verir ki, deputat müsahibəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Ermənistanla sülh prosesi, Azərbaycanın müstəqil xarici siyasəti, beynəlxalq hüquq və ikili standartlar, regional nəqliyyat imkanları, multikulturalizm və ölkəmizin artan beynəlxalq nüfuzu barədə danışıb.

Azay Quliyev vurğulayıb ki, Azərbaycanın əsas prioritetləri suverenliyin, milli kimliyin, azərbaycançılıq məfkurəsinin və milli maraqların qorunmasıdır.

Deputat qeyd edib ki, Azərbaycan müstəqil siyasətini qətiyyətlə davam etdirəcək və heç kim ölkəmizin daxili işlərinə müdaxilə edərək xalqımıza necə yaşamalı olduğunu diktə edə bilməz.

Müsahibənin tam versiyası aşağıdakı linkdə.