Əsas məzmuna keç
28 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Əli Məsimli Fuad Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovu 80 illik yubileyi münasibətilə təbrik edib.

Yenigun.Media xəbər verir ki, Əli Məsimli təbrikində Fuad Məmmədovun Azərbaycan elminin və mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb.

Deputat qeyd edib ki, professor Fuad Məmmədov uzun illər ərzində mədəniyyət, elm, təhsil və kulturologiyanın inkişafı istiqamətində mühüm fəaliyyət göstərib. Onun təşəbbüsü və rəhbərliyi ilə fəaliyyət göstərən “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası elmi tədqiqat, mədəniyyət, təhsil və ictimai dialoq platformasına çevrilib.

Əli Məsimlinin sözlərinə görə, Fuad Məmmədovun fundamental elmi araşdırmaları, idarəetmə mədəniyyəti və sivilizasiya tarixinə dair əsərləri gənc nəslin yetişməsində, müasir sosial çağırışların öyrənilməsində mühüm rol oynayır.

Deputat professorun çoxillik elmi və ictimai fəaliyyətinin Azərbaycan elminin, mədəniyyətinin və intellektual potensialının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib.

Əli Məsimli yubiley münasibətilə Fuad Məmmədova möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji və gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.